"Utanmadan Azərbaycanda siyasətlə məşğul olurlar"
“İçimizdə olan şüursuz insanlar bizə düşməndən daha çox ziyan vurur”.
Paralel.az xəbər verir ki, bunu "Dialoq və İnkişaf Naminə"İctimai Birliyin sədri Çingiz Bayramov Sosial Tədqiqatlar Mərkəzi və AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən ekologiya ilə bağlı dəyirmi masada çıxışı zamanı deyib. O, neqativ halların çəkib sosial şəbəkələrdə işıqlandıran şəxslər barədə danışarkan belə söyləyib.
“Yəni bunu kimə göstəririk? Biz göstərməliyik ki, Ermənistan Kürü çirkləndirir, atom elektrik stansiyası tikir. Sabah partlasa, tək Azərbaycana yox, İrana da, qardaş Türkiyəyə də bir çox ölkələr ziyan görəcək.
Bizim öz üzərimizə düşən məsuliyyət var. Mətbuatın da bir məsuliyyət var. O da fikirləşməlidir. Çünki mətbuatda bizi necə tanıyırlar? Sosial tədqiqatlarla. STM hər bir QHT-nin, hər bir siyasi partiyanı, eyni zamanda cəmiyyəti tanıyır, raport verir ki, bunlar kimdir, nəçidir. Eyni zamanda xarici kəşfiyyat orqanları da bizim haqqımızda raport verirlər. Çox rahat bir şəkildə tora düşürük. Sonra da deyirik, nədir? Bura bizim vətənimizdir axı. Pisi də bizimdir, yaxşısı da. Həbsxana da bizimdir, orada yatmaq da bizimdir. Sabah düşə də bilərik, çıxa da. Bəzən təəssüf ki, siyasi adamlarımız həbsə düşüb çıxıblar. Çıxmazdan əvvəl Azərbaycanı Avropaya, ora-bura şikayət ediblər. Sonra da utanmadan Azərbaycanda siyasətlə məşğul olurlar. Biz bu cür insanlarla yola gedə bilmərik. Biz düşünməliyik ki, dövlətimizə, millətimizə nə edə bilərik? Ekoloji şüur, millətçilik, vətənpərvərlik”.