Orbandan miqrantlarla bağlı TƏKLİF

Orbandan miqrantlarla bağlı TƏKLİF
 

Macarıstanın Baş naziri Viktor Orban Serbiya Prezidenti Aleksandr Vuçiç və Slovakiyanın Baş naziri Robert Fitso ilə görüşdə sığınacaq axtaranların Avropa İttifaqından (Aİ) kənarda yerləşdirilməsi üçün şərait yaradılmasını təklif edib.

Paralel.az ” xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Məlumata görə, Orban Şimali Afrikada və digər bölgələrdə sığınacaq axtaran şəxsləri onların beynəlxalq müdafiə üzrə müraciətləri təsdiqlənənə qədər saxlamaq məqsədilə Aİ tərəfindən maliyyələşdirilən və idarə olunan qeydiyyat mərkəzləri yaratmağı təklif edib.

Öz növbəsində Fitso Aİ-nin xarici sərhədlərində fiziki maneələr qurmağı təklif edib.

“Aİ hələ qanunla tənzimlənməyənləri, məsələn, deportasiyanı nəzərə alan yeni miqrasiya paktı qəbul etməlidir”, - Slovakiyanın Baş naziri əlavə edib.

“Avropaya gəlmək istəyənlər ora toplaşıb müraciətlərini oradan edə bilərlər. Avropaya gəlməsinə icazə verdiyimiz şəxslər gələ biləcəklər, icazə verməyəcəyimiz şəxslər isə bu məntəqələrdə qalacaqlar. Bütün digər həllər qeyri-effektivdir”, - Orban söyləyib.

Görüşdən sonra verilən birgə bəyanatda Orban, Vuçiç və Fitso vurğulayıblar ki, qeyri-qanuni miqrasiya Avropanın bilavasitə yaxınlığında geosiyasi qeyri-sabitlik, artan münaqişələr və sosial bərabərsizliklər səbəbindən qaynaqlanan ciddi problemdir.(Report)

 

0.02045202255249