Hava limanında qəribə qadağa, 3 dəqiqədən artıq qucaqlaşmaq olmaz!

Hava limanında qəribə qadağa, 3 dəqiqədən artıq qucaqlaşmaq olmaz!
 

Yeni Zelandiyada hava limanlarından birində ziyarətçilərə bir-birini 3 dəqiqədən artıq müddətə qucaqlamaq qadağandır.

Paralel.az Musavat.com-a istinadən xəbər verir ki, hava limanının rəhbəri bunu belə izah edib: "Araşdırmalara görə, qucaqlaşma zamanı “sevgi hormonu”nu ifraz etmək üçün cəmi 20 saniyə lazımdır. Qucaqlaşamanın müddəti qısa olarsa, daha çox sərnişin oksitosini hiss edə biləcək".

O, həmçinin bildirib ki, daha uzun müddət qucaqlaşmaq istəyən ziyarətçilər bunu 15 dəqiqəyə qədər pulsuz qala biləcəkləri parkinqdə edə bilərlər.

 

0.019858121871948