Mahir Emreli "Nürnberq"də ilk qolunu vurdu

Mahir Emreli
 

Azərbaycan millisinin futbolçusu Mahir Emreli çıxış etdiyi Almaniyanın "Nürnberq" komandasında qol hesabını açıb.

Paralel.az xəbər verir ki, qarşılaşma II Bundesliqanın IX turuna təsadüf edib.

Səfərdə "Qroyter Fyurt" kollektivinin qonağı olan "Nürnberq"in heyətində ilk qolu 13-cü dəqiqədə Mahir Emreli vurub.

Hazırda davam edən qarşılaşmada qonaqlar 3:0 hesabı ilə öndədirlər.

 

0.03734016418457