Dovşan kimi tullanaraq dərs deyən müəllim məktəbi şoka saldı - Video
Heyvanların hərəkətini təlqin edən yeni trend olan kvadroberlər birmənalı qarşılanmır.
Paralel.az azpost.info-ya istinadən xəbər verir ki, Rusiya məktəblərinin birində çalışan fizika müəlliminin dərs zamanı dovşan kimi tullana-tullana dərs izah etməsi və it kimi hürməsi əks olunan görüntülər qəzəb doğurub.
Krasnoyarskda orta məktəbdə dörd ayaq üzərində gəzərək dərs deyən fizika müəlliminin görüntüləri yayılıb.
147 saylı məktəbdə işləyən Viktor Nikolayeviç kvadrober olub. O, dərs zamanı gah dovşan kimi tullanıb, gah da it kimi dörd ayaq üzərində gəzib.
Şagirdlərin sözlərinə görə, “Doktor Panadol” adı qoyduqları fizika müəllimi sinifin ortasında dovşan kimi tullanır, partaların ətrafında gəzir, hürür və bəzən rep oxuyur.
Söz tapa bilməyən məktəb direktoru deyib ki, belə tamaşalar xüsusi fiziki məşqlərdir. Amma direktor onun nə üçün hürdüyünü izah edə bilməyib. Viktor Nikolaeviç məktəbdə bir ilə yaxın belə qeyri-standart yanaşma ilə işləyib. Amma bu yaxınlarda müəllim öz arzusu ilə işdən çıxıb.