Lavrov: İrəvan ilk növbədə Ankara ilə birbaşa əlaqə qurmaq istəyir

Lavrov: İrəvan ilk növbədə Ankara ilə birbaşa əlaqə qurmaq istəyir
 

İrəvan münasibətləri normallaşdırmaq üçün Ankara ilə birbaşa əlaqə qurmaq istəyir.

Paralel.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilə bağlı məsələlər də var. Rusiya bu prosesin başlanmasına fəal töhfə verdi.
Hazırda heç bir görüş nəzərdə tutulmayıb, erməni həmkarlar fasilə verib. Onlar hesab edirlər ki, əvvəlcə türklərlə birbaşa əlaqə saxlamalı və nə etmək lazım olduğunu başa düşməlidirlər”, - Lavrov qeyd edib. 

 Lavrov  əlavə edib ki,  bu, istənilən halda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlıdır: "Ona görə də biz bu məsələlərə bütövlükdə baxmağı və cəlb olunan ölkələri mümkün qədər tez razılığa gəlməyə təşviq etməyi təklif etdik. Biz də Rusiya-İran olaraq öz növbəmizdə  iştirakçıların marağı olarsa  tərəflərə dəstək verməyə  hazırıq”, - Lavrov bildirib.

 

0.083770990371704