O, İsrailin İrana necə hücum edəcəyini bildiyini açıqlayıb
ABŞ prezidenti Co Bayden daha əvvəl planlaşdırılan, lakin Milton qasırğası səbəbilə təxirə salınan Almaniya səfəri zamanı jurnalistlərin suallarını cavablandırıb.
Paralel.az xəbər verir ki, jurnalistlərdən birinin “İsrailin İrana qarşı intiqamının necə və nə vaxt baş verəcəyi ilə bağlı məlumatınız varmı?” sualına Bayden “Bəli” deyə cavab verib.
Daha sonra Bayden həmin jurnalistin "Bizə deyə bilərsinizmi?" sualına isə "Xeyr" deyə cavab verərək ətraflı məlumat verməkdən imtina edib.