Tramp Harrisdən əksər ştatlarda irəlidədir - SORĞU
ABŞ-də Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris seçim tərəddüdündə olan əksər ştatlarda əhali arasında dəstək baxımından Respublikaçılar Partiyasından olan rəqibi Donald Trampdan geridə qalır.
Paralel.az xəbər verir ki, bunu "RealClearPolitics" portalının ölkədə son sorğularının təhlili sübut edir.
Respublikaçıların xeyrinə ən böyük fərq Arizona ştatlarında qeydə alınıb.
"RealClearPolitics"in proqnozu doğru olarsa, Tramp prezident seçkilərində qalib gələcək.