Azərbaycan qlobal səviyyədə söz sahibi olan dövlətə çevrilib - Sahibə Qafarova
33 il öncə bu gün Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpa olunması, xalqımızın müstəqillik arzusunun dirçəlməsi idi.
Paralel.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Spiker bildirib ki, xalqımıza müstəqillik 2 dəfə qismət olub: “İlk dəfə 1918-ci ildə Xalq Cümhuriyyəti müstəqillik qazanmış və cəmi 23 ay yaşaya bilmişdi: "İkinci dəfə isə ötən əsrin 90-cı illərinin əvvəlində ölkəmiz ağır vəziyyətə düşüb. Dövlətin idarə edilməsində kobud səhvlərə yol verilmişdi, real vətəndaş müharibəsi təhlükəsi törədilmişdi. Dövlətin varlığı, xalqın müqəddəratı sual altında idi. Ümummilli lider Heydər Əliyev dünyanın böyük qüvvələrinin iradəsinə qarşı çıxaraq, onların planlarını alt-üst etdi. Ulu Öndərin böyük siyasətə qayıdışı onun Azərbaycan Ali Sovetinin sədri seçilməsi ilə başlayıb. Ümummilli liderin strategiyasını yeni çağırışlar şəklində Prezident İlham Əliyev davam etdirir. Onun rəhbərliyi ilə tarixi torpaqlarımız 30 illik erməni işğalından qurtarıldı. Azərbaycan Cənubi Qafqazın liderinə, qlobal səviyyədə isə söz sahibi olan dövlətə çevrilib".