Qalib gələrəmsə Baydenin siyasi kursundan imtina edəcəyəm - Vitse-prezident

Qalib gələrəmsə Baydenin siyasi kursundan imtina edəcəyəm - Vitse-prezident
 

Noyabrda keçiriləcək seçkidə qalib gələrəmsə, o zaman Co Baydenin prezidentlik kursunu davam etdirməyəcəyəm.

Paralel.az xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizədi Kamala Harris deyib. 

“Mənim prezidentliyim Co Baydenin prezidentliyinin davamı olmayacaq və onun səlahiyyət müddətinə başlayan hər hansı digər prezident kimi mən də öz həyat və peşəkar təcrübəmi və yeni ideyalarımı gətirəcəyəm”, - Harris "Fox News"a müsahibəsində deyib.

Harris Baydendən fərqli olaraq, yeni liderlər nəslini təmsil etdiyini iddia edib.

 

 

0.022645950317383