Qorxunc proqnoz: Prezident olsa, öldürüləcək

Qorxunc proqnoz: Prezident olsa, öldürüləcək
 

Anası hindistanlı, atası Yamaykalı olan Kamala Harrisi dünyanın müxtəlif yerlərindən gələn immiqrantlar tərəfindən yaradılan müasir Amerikanın simvolu adlandırırlar. 

Paralel.az xəbər verir ki, 70-ci illərdə ABŞ-də həyata keçirilən irqi deseqreqasiya siyasəti sayəsində Kəmala nüfuzlu "Thousand Oaks" Məktəbində təhsil alıb. Sonra Hovard Universitetində və Kaliforniya Universitetində təhsilini davam etdirdi. 

Uğurlu karyerasına 2011-ci ildən başlayan Kamala həmin il Kaliforniyanın baş prokuroru vəzifəsində çalışan ilk qadın və ilk afroamerikalı olub.

Kamala Harrisin siyasi karyerası Co Baydenin prezidentlik yarışından imtina etməsi və onu ABŞ seçkilərində Demokratik namizəd kimi təsdiqləməsi ilə başlayıb. 

Məşhur ukraynalı astroloq Vlad Ross hesab edir ki, məhz qadın bu amansız mübarizədə qalib gələcək. "Bununla da Ukraynanı və bütün dünyanı xilas edəcək", - o qeyd edib.

Bununla belə, astroloq müəyyən qorxunc hadisələrin ola biləcəyi proqnozunu da verib.  

“Qalib gələ biləcək namizəd cütlük olacaq - kişi və qadın. Əgər Donald Tramp Nikki Qeyleyi vitse-prezident seçsəydi, onun qələbə şansı daha yüksək olardı. Əgər Kamala Harris bir kişi ilə - məsələn, Kaliforniya qubernatoru Qavin Niusomla tandemdə olarsa, bu cütlük qalib gələ bilər və Donald Trampı prosesdən uzaqlaşdıra bilər", - o qeyd edib.

Vlad Rossun fikrincə, prinsipcə, prezident ola bilməz, çünki bu baş verərsə, o, (Tramp nəzərdə tutulur) mütləq öldürüləcək.

Astroloq sonda onu da bildirib ki, başqa bir qadın ABŞ prezidenti ola bilər: "Kamala Harris prezident olmasa, Mişel Obama olacaq". 

 

 

0.085724115371704