Təl-Əvivin son qərarı Moskvada NARAHATLIQ YARATDI

Təl-Əvivin son qərarı Moskvada NARAHATLIQ YARATDI
 

"Rusiya İrana mümkün cavabla bağlı narahatlığını İsrail hökumətinə çatdırır".

Publika.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib.

"Müxtəlif səviyyələrdə təmaslar aparılır", - diplomat qeyd edib.

Boqdanov vurğulayıb ki, Rusiya Xarici İşlər Nazirliyi Moskvadakı səfirliklər və İsrail səfiri ilə əlaqə saxlayır. Onun sözlərinə görə, başqa kanallar vasitəsilə əlaqələr var.

Xatırladaq ki, oktyabrın 15-də İsrail hakimiyyəti İrana tezliklə cavab veriləcəyini bildirib. “The Times of Israel” xəbər verir ki, bu açıqlama ilə İsrail Müdafiə Nazirliyinin rəhbəri Yoav Qalant çıxış edib.(publika.az)

 

0.018861055374146