Baş nazirin güllələnməsinə görə işlərini itirdilər
Slovakiyanın Baş naziri Robert Fitsoya sui-qəsdə cəhddən sonra iki dövlət təhlükəsizlik işçisi işdən çıxarılıb.
Paralel.az xəbər verir ki, bu barədə respublikanın daxili işlər naziri Matuş Şutay-Eştok bildirib.
Nazir qeyd edib ki, şöbənin əməkdaşları lazımi təlimlərdən keçməyiblər.
O xatırladıb ki, yayda ərazi polisinin rəis müavini və cəhdin baş verdiyi şəhərin polis idarəsinin rəisi də işdən çıxarılıb.
Xatırladaq ki, nazirə mayın 15-də silahlı hücum olunub. Bunun ardınca Fitso aylarla müalicəsini davam etdirib, iki dəfə əməliyyat olunub.