Bakı metrosunda yaranan problemlə bağlı RƏSMİ AÇIQLAMA

Bakı metrosunda yaranan problemlə bağlı RƏSMİ AÇIQLAMA
 

Bakı metrosunun "Gənclik" stansiyasında qatarda yaranan texniki nasazlığın səbəbi açıqlanıb.

Paralel.az xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisəyə səbəb qapılara kənar əşya müdaxiləsi olub.

Belə ki, qapının arasına düşən kiçik əşya və ya sərnişinin ayaqla müdaxiləsi nəticəsində kiçik ilişmə baş verib.

B.Məmmədov onu da vurğulayıb ki, "Bakı Metropoliteni"ndə sərnişin təhlükəsizliyinə xələl gətirəcək hadisəyə yol verilməsi qeyri mümkündür.

 

0.02128791809082