Düşünmək vaxtıdır: Cənubi Qafqazın əhalisinin sayı 2050-ci ildə belə olacaq...
BMT-nin Cənubi Qafqaz ölkələrinin demoqrafik gələcəyinə dair hesabatında olduqca düşündürücü məqamlar var. Düşünmək vaxtıdır...
Cənubi Qafqazın 2050-ci ildə əhali sayı belə olacaq.
Gürcüstan əhalisinin hazırda sayı 3,8 milyon nəfər olduğu halda, 2050-ci ildə 3,2 milyon olacağı proqnozlaşdırır.
Ermənistan əhalisinin sayı 2,8 milyon nəfər təşkil edir, 2050-ci ildə 2,3 milyon nəfərə düşəcək.
Hər iki ölkə ilə müqayisədə Azərbaycan əhalisinin sayında isə müsbət artım qeydə alınacaq.
Hazırda Azərbaycan əhalisi 10,2 milyon nəfərdir. Yəni Cənubi Qafqaz da hər 5 nəfərdən 3 nəfəri azərbaycanlılardır. Yəni Cənubi Qafqaz əhalisinin 61 faizini azərbaycanlılar təşkil edir.
BMT-nin hesabatına görə 2050-ci ildə Azərbaycan əhalisi 11 milyon nəfərə yaxın olacaq. 2050-ci ildə Cənubi Qafqaz ölkələrinin ümumi əhalisinin hər 3 nəfərindən 2 nəfəri azərbaycanlılar olacaq. Azərbaycanlılar Cənubi Qafqazda birmənalı əhali dominantlığı olacaq.
Əlahəzrət sual yaranır: bəs artan əhali iqtisadiyyat üçün əmək resursu olacaq, yoxsa yük?
Əhalisinin gəlirlərinin əsas mənbəyi olan resurs gəlirləri ya olmayacaq və ya simvolik həddə olacaq. İldə 50 milyon tondan çox neft hasil edən Azərbaycan 2040-cı ildə (BP-nin Hesabatı) 7,5 milyon ton neft hasil edəcək. 2050-ci ildə isə 3-5 milyon tondan çox olmayacaq.
Bu əhali neftə dayalı iqtisadi inkişaf modeli ilə XXI əsrin ekvatoruna necə gedib çıxacaq?
Gələcəyi gəlmiş bilib düşünəndə sizlərin düşüncəsində hansı hiss hakim olur?
Düşünmək vaxtıdır...
Məmməd Talıblı, İqtisadi Təhlil İnstitutunun rəhbəri
Paralel.az