Putin Şoyqu ilə bağlı FƏRMAN İMZALADI
Rusiya prezidenti Vladimir Putin keçmiş müdafiə naziri, Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu və daha bir neçə tanınmış şəxsi Prezident yanında Bədən Tərbiyəsi və İdman Şurasından xaric edib.
Paralel.az xəbər verir ki, müvafiq fərman bu gün hüquqi aktların rəsmi portalında dərc olunub.
Fərmana əsasən Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu, Primorsk diyarının qubernatoru Oleq Kozemyako, Rostov vilayətinin qubernatoru Vasili Qolubev, Energetika naziri Sergey Tsivilev və Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner şuradan çıxarılıb.
Fərman imzalandığı gündən qüvvəyə minir.