Hindistan Çindən sonra ikinci ölkə OLDU
Hindistan Çindən sonra Rusiyaya qadağan olunmuş texnologiyalar tədarük edən ikinci ölkə olub.
Paralel.az xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.
Qeyd olunub ki, Hindistandan qadağan olunmuş məhsulların (mikroçiplər, sxemlər və dəzgahlar) ixracı aprel və may aylarında 60 milyon dolları keçib.
İyul ayında isə ixrac 95 milyon dollara yüksəlib.(musavat.com)