İrəvan Zəngəzurun təhlükəsizliyini təmin edə bilməz - Danielyan
Ermənistan Zəngəzurdan keçən yolun təhlükəsizliyini təmin edə bilər, amma Zəngəzurun təhlükəsizliyini təmin edə bilməz.
Paralel.az xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.
Onun fikrincə, Ermənistan zəif və kiçik, həm də qurulmamış, çökməkdə olan ölkə olmaqla heç bir beynəlxalq təhlükəsizlik sistemində təmsil olunmur. "Avropa Birliyinə üzvü olub-olmamağımız bəlli deyil. Əgər NATO-ya gediriksə, necə gedirik və bunun nə dərəcədə ciddi olduğu bəlli deyil. Gürcüstan və Ukrayna NATO və Avropa Birliyinə daxil olacaqdı və bunun necə bitdiyini gördük", - o qeyd edib.
Politoloq sual edib ki, Rusiya Ermənistandan getmədiyi halda bunu necə etmək olar: "Rusiya rəsmi şəkildə bəyan edir ki, getməyəcəyik".
Politoloq hesab edir ki, bu mənada Zəngəzur təhlükədədir: "Ermənistan Zəngəzurdan keçən yolun təhlükəsizliyini təmin edə bilər, amma Zəngəzurun təhlükəsizliyini təmin edə bilmir, problem budur".