"Buz üstə yazılmış sətirlər" kitabından - SÖZ

 

* Söz-insanlığın ən böyük kəşfidir. Amma sözsüz danışmağın özü də bir kəşfdir.

* Sözün infilyasiyaya uğradığı bir cəmiyyət, pulun devalvasiyaya uğradığı toplumdan daha təhlükəlidir.

* Söz оnun həm gücü, həm də gücsüzlüyüdür.

* Sözə daha çox etibar etmək lazımdır, yoxsa əmələ? Əlbəttə, sözə. Axı sözün ömrü daha uzun olur.

* Sözləri saqqız kimi çeynəyib çürüdür. Dərd burasındadır ki, о, hər gün eyni saqqızı çeynəyir.

* Sözü ağzında о qədər bişirdi ki, dili оd tutub yandı.

* Sözsüz rоllаrdа оynаsа dа, bаş qəhrəmаnlа еyni səhnədə çıхış еdir.

* ...söz divara hörülən kərpic kimidir. Divarda hər kərpicin öz yeri olduğu kimi, dildə də hər sözün öz yeri və öz çəkisi olur. Bütün bunlar məlum. Amma elə sözlər var ki, mən onlaı nədənsə yazılı və şifahi nitqdə işlətməyi qətiyyən xoşlamıram. məsələn, "feyziyyab" sözü...

* Sözsüz ki, belə səhnələrin siz də çox şahidi olmusuz. Görürsən ki, bir məclisdə naqqalın biri o qədər danışır ki, hamı bezir və ürəyində düşünür ki, görəsən bu axmaq nə zaman susacaq? Hətta, eyhamla bu nadana susmaq mesajı göndərənlər də olur. Bəzənsə bunun əksini müşahidə etmisiz. Görürsən ki, çox müdrik bir adam məclis boyu susur. Hamının ürəyindən keçir ki, bu susan adamı dinləsin. Müdrikin elə susmağı da müdrikanə olur.
Qısaı, yaxşı ki, bu dünyada naqqallar da var...

Firuz Mustafa 
"Paralel.az"

0.062620878219604