Yaşar İsakov vəzifəsindən getdi
Tanınmış jurnalist Yaşar İsakov Müdafiə Sənayesi Nazirliyindəki vəzifəsindən ayrılıb.
Paralel.az xəbər verir ki, bu barədə o özü məlumat verib.
Jurnalist öz xahişi əsasında qurumdakı İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsindən ayrıldığını bildirib.
Qeyd edək ki, Y.İsakov 2019-cu ildə bu posta təyin olunmuşdu.