Tramp dünyanı dollarlaşdırma planından danışdı: "Pul bazamızı itirəcəyik"
Amerika prezidentliyinə namizəd Donald Tramp dünyanı "məcburi dollar" sisteminə qaytarmaq niyyəti barədə bəyanat verib
Paralel.az xəbər verir ki, Tramp çıxışının davamında aşağıdakıları söyləyib:
"Biz öz ölkəmizi sevirik və bəli, onun şanlı dövrləri olub, amma hazırda o, zəifləyir. Millətimiz tənəzzülə uğrayır və biz bunun qarşısını ala bilmərik. Məsələn, çox tezliklə pul bazamızı itirəcəyik, çünki bildiyiniz kimi, digər ölkələr dollardan imtina edirlər. Mən bunu dəyişməyi planlaşdırıram. Mən deyəcəyəm: dolları yenidən istifadə etməlisiniz, yoxsa heç bir biznes olmayacaq. Bunu etmək lazımdır. Bizim böyük potensialımız var və mən deyirəm: Amerikanı yenidən möhtəşəm edək!".