Kaxa Kaladzedən Avropa Parlamentinə SƏRT SÖZLƏR

Kaxa Kaladzedən Avropa Parlamentinə SƏRT SÖZLƏR
 

Avropa Parlamentinin qətnaməsinin Gürcüstan üçün heç bir dəyəri yoxdur.

Paralel.az "Report"a istinadla xəbər verir ki, bunu Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının baş katibi, Tbilisinin meri Kaxa Kaladze deyib.

“Bütün bunlar heç bir əhəmiyyət kəsb etmir. Yenə də Saakaşvilinin qeyd-şərtsiz azad edilməli olduğunu təkrar ediblər – təsəvvür edə bilirsinizmi?! Bizə cinayətlər törətmiş bir şəxsi qeyd-şərtsiz azad etməyi deyirlər”, – Kaladze bildirib.

“Rusiyaya qarşı sanksiyalara gəldikdə isə, biz müharibənin nə olduğunu və onun nə qədər bəlalar gətirdiyini bilirik. Sanksiyaların nəyə gətirib çıxara biləcəyini də bilirik. Əgər zəif hakimiyyət olsaydıq, bəzilərindən qorxub sanksiyalara qoşulardıq və bu zaman işləyən kəndli, Gürcüstanın iqtisadiyyatı zərər çəkərdi”, – deyə o qeyd edib.

 

0.018476963043213