Şimali Koreya bu ölkəni "Əsas düşmən" elan edərək bütün əlaqələri kəsdi
Şimali Koreya Cənubi Koreya və ABŞ-nin hərbi əməliyyatları səbəbindən Cənubi Koreyanı "Əsas düşmən" elan edərək oktyabrın 9-dan etibarən onunla bütün quru və dəmiryol əlaqələrini kəsəcəyini açıqlayıb.
Paralel.az KCNA-ya istinadən xəbər verir ki, Şimali Koreya Xalq Ordusundan verilən açıqlamada oktyabrın 9-dan etibarən sərhəddəki avtomobil və dəmir yolu əlaqələrinin kəsiləcəyi, sərhəd bölgələrinin müdafiə strukturları ilə möhkəmləndiriləcəyi bildirilib.