Azərbaycanda bu yanacaqdoldurma məntəqələri BAĞLANDI

Azərbaycanda bu yanacaqdoldurma məntəqələri BAĞLANDI
 

“MSDIS Holding”ə məxsus “MS Oil” yanacaqdoldurma məntəqələrinin (YDM) daha bir qismi bağlanıb.

Paralel.az xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, şirkətin fəaliyyətini dayandıran YDM-lərinin sayı 6-ya çatıb.

Belə ki, “MS Oil”in fəaliyyətini dayandıran YDM-ləri aşağıdakılardır:

- Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsi;

- Xırdalan qəsəbəsi, Bakı-Sumqayıt yolunun 12-ci kilometrliyi;

- Koroğlu Rəhimov küçəsi 65;

- Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi 8;

- Bakı şəhəri, Salyan şosesi 13 km;

- Abşeron rayonu, Müşviqabad qəsəbəsi, Bakı-Şamaxı yolu.       Məlumata görə, şirkət qeyd olunan ünvanlarda yerləşən yanacaqdoldurma məntəqələrini “SOCAR”a icarəyə verib. Artıq həmin ünvanların bəzilərində “SOCAR” brendli YDM-lər fəaliyyətə başlayıb, digərlərində isə hazırda təmir-dizayn-quraşdırma işləri aparılır.         

Əvvəllər “MS Oil”in Bakı və regionlarda benzin, dizel və qaz yanacağının satışını həyata keçirən 12 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərib. “MS Oil” fəaliyyətini hazırda aşağıdakı ünvanlar üzrə cəmi altı filialda davam etdirir:

- Xırdalan şəhəri;

- Sabunçu rayonu, Zabrat qəsəbəsi;

- Zirə qəsəbəsi, Zirə-Pirallahı yolunu qərb hissəsi;                   “MSDIS Holding” MMC-nin qanuni təmsilçisi Nağıyev Mirfəyyaz Oktay oğludur.

0.018604040145874