Avropanın akkumulyator istehsalı nəhəngi iflas edə bilər

Avropanın akkumulyator istehsalı nəhəngi iflas edə bilər
 

Avropanın elektromobillər üçün akkumulyatorların istehsalı üzrə lider şirkətləri yaxın gələcəkdə Çinlə rəqabətdə məğlub ola bilərlər.

Paralel.az xəbər verir ki, Bloomberg agentliyi bu qənaətə gəlib. Agentlik bildirir ki, İsveçin “Northvolt AB” kimi akkumulyator istehsalçısı şirkətlər bizneslərini inkişaf etdirərkən strateji səhvlərə görə problemlərlə üzləşə bilərlər. Məhsul istehsalının eyni vaxtda artması və maya dəyərinin aşağı salınması şirkətin keyfiyyət itkisinə və əməliyyat uğursuzluğuna səbəb olub.

İsveçli akkumulyator istehsalçısının itkiləri 2022-ci ildən 2023-cü ilə qədər üç dəfə artaraq 1,03 milyard dollara çadıb. Nəticədə şirkət bir neçə zavodunu bağlamağa və işçi qüvvəsinin 20 faizini ixtisar məcbur olub. Bu vəziyyət Northvolt AB-ni həssas vəziyyətdə qoyur və 2023-cü ildə bağlanan Britaniyalı rəqibi Britishvolt-a bənzər iflas riskləri yaradır. Bloomberg hesab edir ki, Avropa İttifaqı Northvolt AB-nin dağılması halında məğlubiyyətini etiraf etməyə və öz bazarına Çin istehsalçılarına çıxışı təmin etməyə məcbur olacaq.

Oktyabrın 4-də Avropa İttifaqı Çin elektrik avtomobillərinin idxalına rüsumları artıraraq, maksimum dərəcəni 35 faiz səviyyəsində müəyyən edib. Çin bu qərarı proteksionizm aktı kimi qiymətləndirib və Avropa məhsullarına qarşı cavab tədbirlərinin tətbiq ediləcəyini açıqlayıb. Həmçinin, Çin Ticarət Nazirliyi oktyabrın 8-də Avropa İttifaqından gələn kənd təsərrüfatı məhsullarına qarşı antidempinq və kompensasiya araşdırması apardığını və böyük mühərrik həcmi olan avtomobillərə idxal rüsumlarının artırılması imkanını nəzərdən keçirdiyini açıqlayıb.

 

0.019695997238159