Bayden xarici səfərlərini təxirə saldı
ABŞ Prezidenti Cozef Bayden Florida istiqamətində sürətlə irəliləyən “Milton” qasırğasına görə bu həftə Almaniya və Anqolaya planlaşdırılan səfərlərini təxirə salıb.
Paralel.az xəbər verir ki, bu barədə Ağ ev məlumat yayıb. “Milton” qasırğasının proqnozlaşdırılan trayektoriyasını və gücünü nəzərə alaraq Prezident cənub-şərqdə “Helene” qasırğasının təsirlərini aradan qaldırmaq üçün davam edən tədbirlərlə yanaşı “Milton” qasırğasına qarşı hazırlıqlara və ona cavab tədbirlərinə nəzarət etmək üçün Almaniya və Anqolaya səfərlərini təxirə salır”, - deyə Ağ evdən bildirilib.
Qeyd edək ki, sentyabrın sonlarında ABŞ-ın cənub-şərq sahillərində hökm sürən “Helene” qasırğası 6 ştatda 200-dən çox insanın həyatına son qoyub. “Milton” qasırğasının isə oktyabrın 9-u axşam saatlarında Florida ərazisinə çatacağı proqnozlaşdırılır. ABŞ Milli Qasırğa Mərkəzinin məlumatına əsasən, “Milton” qasırğası Floridada ən dağıdıcı qasırğadır.