Nəsrullahın iki varisinin məhv edildiyini ELAN ETDİ
İsrail artıq "Hizbullah" lideri Həsən Nəsrullahın iki xələfini sıradan çıxarıb.
Paralel.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Livan sakinlərinə müraciətində bildirib.
“Biz "Hizbullah"ın imkanlarını zəiflətmişik, minlərlə terrorçunu, o cümlədən Nəsrullahın özü, onun varisi və varisinin varisini öldürmüşük. Bu gün "Hizbullah" uzun illər olduğundan daha zəifdir", - o deyib.
Xatırladaq ki, sentyabrın 23-də İsrail Livanda "Şimalın oxları" kod adlı “önləyici hücum əməliyyatı”na başladığını elan edib. Sentyabrın 28-də İsrailin hava zərbəsi ilə "Hizbullah" lideri Həsən Nəsrullahı öldürdüyü məlum olub.
Oktyabrın 1-nə keçən gecə İsrail ordusu Livanın cənubundakı sərhəd bölgəsindəki "Hizbullah" hədəflərinə qarşı “məhdud, lokallaşdırılmış və məqsədyönlü reydlərin” başladığını elan edib .
"Hizbullah"a İran dəstək verib, İsrailə yüzlərlə raket atıb.(publika.az)