Bu ölkədə qan donduran görüntü: Verdiyi vədə görə bələdiyyə sədrinin başını kəsdilər - FOTO
Meksikanın Gerrero əyalətinin Çilpansinqo şəhərinin meri Alexandro Arkos vəzifəyə gəldikdən 6 gün sonra öldürülüb.
Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, narkotiklərlə mübarizə aparacağına söz verən sədrin başı kəsilmiş halda tapılıb.
Bələdiyyə sədrinin kəsilmiş başı avtomobilin üzərinə oyulub.
Yerli hüquq-mühafizə orqanları istintaqın gedişi və şübhəlilər barədə məlumat verməyib.
Qeyd edək ki, Çilpansinqoda 3 gün əvvəl də şəhər administrasiyasının katibi vəzifəsinə təyin edilən Fransisko Tapia öldürülüb. Narkotik ticarətinin geniş hayıldığı ştatda narkotik kartelləri onlarla siyasətçini öldürüb.
Meksikada iyunun 2-də keçirilnəcək seçkilər öncəsi azı 6 dövlət vəzifəsinə namizəd öldürülüb. 2006-cı ildə hökumətin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün orduya səalhiyyət verməsindən sonra Meksikada 450 mindən çox insan öldürülüb, on minlərlə insan itkin düşüb.