Putin Pezeşkianla Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək

Putin Pezeşkianla Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək
 

Oktyabrın 11-də Türkmənistanda keçiriləcək forum çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə İran prezidenti Məsud Pezeşkian arasında görüş planlaşdırılır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov bildirib. O, Putinin Türkmənistanda İran prezidenti Pezeşkianla Yaxın Şərqdə pisləşən vəziyyəti müzakirə etməyi planlaşdırdığını söyləyib.

Kreml rəsmisi qeyd edib ki, oktyabrın 11-də Türkmənistanda keçiriləcək forum çərçivəsində Putinin ikitərəfli təmasları istisna edilə bilməz.

0.03761100769043