Şəhərlərimiz, kəndlərimiz bombalanacaq - Ovanisyan
Bu hakimiyyət dərk edib-etməməsindən asılı olmayaraq şəhərlərimizi, kəndlərimizi bombalamaqla bölgəmizi baş verəcək böyük müharibəyə sürükləyir.
Paralel.az xəbər verir ki, bunu erməni ekspert Vahe Ovaneisyan deyib.
"Əgər bu hakimiyyəti dəyişməyə güc tapmasaq, onu dəyişmək istəmiriksə, daha doğrusu, əyilib ona xidmət etsək, o zaman heç olmasa, siyasi müdafiə sisteminin gücləndirilməsini xahiş etməliyik. Çünki hakimiyyətin yürütdüyü siyasi kurs başqa çıxış yolu nəzərdə tutmur", - Ovanisyan qeyd edib.
O əlavə edib ki, Ermənistan dörd tərəfdən xəbərdarlıq edilir: "Biz rasional addım atmırıq. Qarşımıza heç bir məqsəd qoymuruq, danışıqlar üçün heç bir fikrimiz yoxdur. Yetişməmiş bir azyaşlı kimi, biz bütün təklifləri rədd edirik. Bununla da hamı üçün ciddi problemlər yaradırıq. Bütün bunların nə ilə bitəcəyi bəlli deyilmi? İrəvan ağıllı şəkildə hesablanmış maraqlarını formalaşdırmır, hər kəsin maraqlarına qarşı çıxır. Məğlub olan cəmiyyət isə heç nə istəmir, nə indiki, nə keçmiş, nə gələcək. O, yalnız həyat və təhlükəsizlik istəyir ki, bu da olmayacaq. Bu proses də nəticə etibarilə fəlakətə gətirib çıxaracaq".