İran Mülki Aviasiya İdarəsi yeni bəyanatla çıxış edib

İran Mülki Aviasiya İdarəsi yeni bəyanatla çıxış edib
 

İsraillə arasında artan gərginlikdən sonra İranın verdiyi qərar diqqət çəkib.

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, İsrail təhdidinə görə ölkədəki uçuşların bu gün saat 06:00-ya qədər ləğv edildiyini açıqlayan İran növbəti qərar qəbul edib.
Belə ki, gecə yarısı İran Mülki Aviasiya İdarəsi yeni bəyanatla çıxış edərək bütün məhdudiyyətlərin götürüldüyünü açıqlayıb.
İran dövlət televiziyasının xəbərində bildirilib ki, İran Mülki Aviasiya İdarəsi “uyğun və təhlükəsiz uçuş şəraitini təmin etdikdən sonra” əvvəllər elan edilmiş bütün məhdudiyyətləri ləğv edib. 

Qeyd olunub ki, Tehran Beynəlxalq İmam Xomeyni hava limanından uçuşlara icazə verilib. 

"Hazırda daxili və beynəlxalq uçuşlar üçün heç bir məhdudiyyət yoxdur" - xəbərdə deyilir.

Qeyd edək ki, oktyabrın 1-də İranın İsrailə raket hücumlarından sonra Tel-Əviv administrasiyasından “çox güclü” cavab təhdidləri gəlib. İsrail mediası iddia etmişdi ki, Təl-Əviv İranın hücumuna cavab olaraq ölkənin neft və nüvə obyektlərində, o cümlədən İran lideri Ayətullah Əli Xameneinin Tehrandakı iqamətgahında, Prezident aparatı və İnqilab Keşikçiləri Korpusunun Baş Qərargahı mümkün hədəflər arasında yer alır. İranın hərbi rəsmiləri isə İsrailin təhdidlərinə cavab olaraq bütün enerji obyektlərini və infrastrukturunu hədəfə alacaqlarını bildirmişdi.

 

 

0.026735067367554