SEPAH: "Düşmənlərlə qarşılaşmaq üçün bir neçə ssenari hazırlamışıq"

SEPAH:
 

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı Əli Rza Təngsiri deyib ki, İran "düşmənlərlə qarşılaşmaq" üçün bir neçə ssenari hazırlayıb.

Paralel.az Qaynarinfo-ya istinadən xəbər verir ki, onun sözlərinə görə, onlardan biri İsraillə birbaşa qarşıdurma zamanı yaradılıb.

Əli Rza Təngsiri "Əl-Aləm" telekanalına müsahibəsində qeyd edib ki, İran istənilən şəraitə və "bölgədə fövqəladə vəziyyətlərə” tam hazırdır. 

"Bu hallardan biri də Benyamin Netanyahunun odla oynaması və onun alovunu yandırmasıdır. Biz hətta bu problem üçün müxtəlif təlimlər hazırlamışıq”, deyə kontr-admiral bildirib.

O, hazırlanmış ssenarilərin dəqiq nəyi nəzərdə tutduğunu açıqlamayıb. Kontr-admiral bu ssenarilərin konkret hansı hallarda istifadə olunacağını da açıqlamayıb.

Oktyabrın 1-də İran İsrailə 180-dən çox ballistik raket atıb. Bir nəfər ölüb, ən azı iki nəfər yaralanıb. İran hücumu "Hizbullah"ın baş katibi Həsən Nəsrullahın öldürülməsinə cavab adlandırıb. İsrail cavab zərbəsi hazırladığını açıqlayıb. Bundan sonra bir sıra Qərb mediası İsrail rəsmilərinə istinadən yazıb ki, İsrail hakimiyyəti İranın mühüm infrastrukturuna, o cümlədən nüvə obyektlərinə hücum ssenarisini nəzərdən keçirir.

 

0.019340991973877