Rusiyadakı yeni səfirdən gözləntilər nədir?

Rusiyadakı yeni səfirdən gözləntilər nədir?
 

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayevi geri çağıraraq Rusiya Federasiyasına səfir təyin edib. Polad Bülbüloğlunun 18 illik diplomatik karyerasının sona çatması ilə Azərbaycanın Şimal qonşusunda səfiri də dəyişdi.

R.Mustafayev Avropadan qayıtsa da, Rusiya ictimai-siyasi mühitinə yad diplomat deyil. 61 yaşlı səfir 1980–1985-ci illərdə Moskva Dövlət Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində təhsil alıb. Karyerasının 1994–1997-cı illər dövründə Azərbaycanın Rusiyadakı səfirliyinin əvvəlcə üçüncü, sonra ikinci, ardınca birinci katib işləyib.1997–1999-cu illərdə Dövlət Əmlak Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri olub. 2000–2006-cı illərdə yenidən Azərbaycanın Rusiyadakı səfiriliyinə qayıdaraq müşavir vəzifəsini tutub.

0.016251802444458