Paşinyanın ailəsini nədənsə xilas etdiyi və ya sığortaladığı faktdı -"Joğovurd"

Paşinyanın ailəsini nədənsə xilas etdiyi və ya sığortaladığı faktdı -
 
Ermənistanın “ArmLur.am” nəşri hələ iyun ayında yazıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın şəxsi məlumatları Ermənistan Mərkəzi Seçki Komissiyasının seçicilər reyestrindən çıxarılıb.
Bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşr sonra aydınlaşdırıb ki, ailə üzvləri də Ermənistanın seçicilər reyestrində yoxdur.

“Nəşrimiz ardıcıl olaraq araşdırıb və müəyyənləşdirib ki, indi Paşinyan atasının evinə qayıdıb və indi onun yaşayış ünvanı Tavus vilayətinin İcevan icmasının Yenokavan kəndi, birinci küçə mənzil 9-dur. Onunla iki nəfər birlikdə yaşayır: Paşinyanla həmyaşıd Çibuxçyan Varduhi və 1965-ci il təvəllüdlü Paşinyan Şoğer. Qeyd edək ki, Ermənistan Seçicilərin Dövlət Reyestrində Paşinyanın ailəsinin yetkin üzvlərinin məlumatları da yoxdur. Hakimiyyətin niyə belə təcrid şəraitində yaşadığı aydın deyil, amma Paşinyanın ailəni nədənsə xilas etdiyi və ya sığortaladığı faktdır”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
0.0088038444519043