Evi uçmaq təhlükəsində olan Bakı sakini cənab Prezidentə müraciət etdi - Müraciət

Evi uçmaq təhlükəsində olan Bakı sakini cənab Prezidentə müraciət etdi - Müraciət
 

Cənab Ali Baş Komandan, Prezident İlham Əliyevə

Surəti: Birinci vitse-prezident Mehriban xanım Əliyevaya;

Surəti: Baş nazir Əli müəllim Əsədova

Bakı şəhəri, Səbail rayonu 20-ci sahə, Badamdar yolu küçəsi 28 ünvanda yaşayan Şükürov Azad Sadiq oğlunun

        MÜRACİƏTİ
 
Hörmətli Cənab Prezident!
Hörmətli xanım və Baş Nazir!

Mən, Azərbaycan Respublikası Bədən Tərbiyə Akademiyasının məzunu, veteran idmançı, idman ustasıyam, vaxtilə dövlət qulluğunda xidmət etmişəm və yeni Azərbaycan Partiyasının üzvüyəm.

Atam Şükürov Sadiq Cəfər oğlu Filologiya elmləri doktoru, professor olub. O, Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığı haqqında ilk dəfə olaraq “Millət atası” adlı kitab yazmaqla yanaşı, Ulu Öndərin həyat və yaradıcılığı ilə bağlı bir çox məqalə və monoqrafiyaların müəllifidir. Atam, həmçinin filologiya və pedaqogika haqqında xeyli sayda məqalələrin, monoqrafiyaların və Gəncə xanı Cavad xan haqqında tarixi araşdırmalara dair kitabın müəllifidir.

Mən Bakı şəhəri, Səbail rayonu 20-ci sahə, Badamdar yolu küçəsi 28 evdə, 162 nömrəli məktəbin arxa tərəfində yerləşən qəzalı vəziyyətdə olan evdə yaşayıram. Həmin məktəblə bizim evi ayıran hasarın arasında 1,5 metr məsafə var. Evlərin məktəbin həyətinə uçma təhlükəsi olduğu üçün burada hər an ölüm hadisəsi də baş verə bilər, yağış, qar yağan zaman evlərimizin yerləşdiyi torpaq sahəsində sürüşmə baş verir. Atmosfer çöküntülərinin təsiri nəticəsində yaşadığımız evin divarlarında çoxlu sayda çatlar yaranıb.

Hörmətli Cənab Prezident!
Hörmətli xanım və Baş Nazir!

Bu barədə müvafiq dövlət orqanlarına, o cümlədən Fövqəladə Hallar Nazirliyinə, Səbail rayon İcra Hakimiyyətinə məlumat vermiş, məlumat əsasında evlərimizə baxış keçirilmiş və qəzalı vəziyyətdə olması barədə müvafiq AKT və protokollar tərtib edilmişdir. Lakin illər keçməsinə baxmayaraq, bu günə qədər həmin ərazidən başqa yaşayış sahəsinə köçürülməmizə dair heç bir iş görülməyib.

Məlumat üçün qeyd edim ki, bizim evlərin əksəriyyəti, o cümlədən də mənim evim ötən əsrin əvvələrində tikilib. Yəni evimiz amortizasiya müddəti çoxdan bitib. Evlərimizin yaxınlığına yerləşən 162 məktəb isə 1968-ci ildə tikilib. Məktəb tikiləndə evlər köçürülməli və ya müvafiq tədbirlər görülməli idi.

Hörmətli Cənab Prezident!
Hörmətli xanım və Baş Nazir!

Evlərimiz arasındakı məsafə çox dar olduğundan buradan yalnız bir nəfər adamın keçə bilər, bu dar yol 700 metr məsafə təşkil etdiyinə görə, hətta əraziyə yanğınsöndürmə briqadası və ya təcili tibbi yardım maşınının xilas etmə işləri aparmaq üçün əraziyə daxil olması mümkün deyil. Hazırda biz çox çətin vəziyyətdə qalmışıq.

Bildirirəm ki, yaşadığımız evlərin yerləşdiyi ərazi qəzalı elan edildiyindən nə evimizi özəlləşdirə bilmirik, nə də sata bilmirik, nə də ki, bizi bu ərazidən köçürtmürlər.
Yəqin gözləyirlər ki, kimin başına evi birinci uçsa ona da ev verib köçürdərlər. 

Sizə müraciət etməkdə məqsədim odur ki, bizi bu çıxılmaz vəziyyətdən, hər an evlərimizin başımıza uçma təhlükəsindən xilas edəsiniz.
Çünki, dövlət orqanlarını bizim taleyimiz qətiyyən maraqlandırmır.

Hörmətli Cənab Prezident!
Hörmətli xanım və Baş Nazir!

Sizdən xahiş edirəm ki, müraciətimi nəzarətə götürüb, bizə köməklik göstərəsiniz.

Əvvəlcədən Sizə minnətdarlığımı bildirirəm.
 
İmza: Şükürov Azad Sadiq oğlu
15 sentyabr 2024-cü il.
Mob.Tel:070 213-66-13
                 055 217-66-13

0.083089828491211