Türkiyədə filminə çəkilən aktyorlar filmin hər bölümü üçün 1-2 milyona yaxın qazanır
Məlum olduğu kimi, Türkiyədə ən çox izlənilən seriallar bu aydan ekranlara dönüb. Yeni mövsümdə isə baş qəhrəmanların qazancları müzakirə mövzusudur.
Paralel.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, ən çox qonorar alanlar arasında Kıvanç Tatlıtuğ, Afra Saraçoğlu, Özcan Dəniz və Demet Evqarın da adları hallanır.
Tanınmış aktyorların hər bölüm üçün alacaqları məbləği təqdim edirik:
Demet Evqar: hər bölümə görə 1 milyon 200 min lirə (60 min AZN)
Afra Saraçoğlu və Ramazan Mert Demir: ayrılıqda həftəlik 1 milyon lirə (50 min AZN)
Aras Bulut İynemli: həftəlik 1,5 milyon lirə (75 min AZN)
Çağatay Ulusoy: həftəlik 1 milyon 750 min lirə (87 min AZN)
Serenay Sarıkaya: həftəlik 1,5 milyon lirə (75 min AZN)
Kıvanç Tatlıtuğ: 1 milyon 750 min lirə (87 min AZN)
Demet Özdəmir: hər bölümə görə 1 milyon lirə (50 min AZN)
Hazar Ergüçlü: hər bölüm üçün 1 milyon lirə (50 min AZN)
Özgü Namal və Özcan Dəniz: ayrılıqda həftədə 1 milyon lirə (50 min AZN)