Türkiyə dünyada PUA satan lider dövlətə çevrildi

Türkiyə dünyada PUA satan lider dövlətə çevrildi
 

ABŞ-ın Yeni Amerika Təhlükəsizliyi Mərkəzi hazırladığı  hesabatda Türkiyə, Çin və İranın ucuz hərbi PUA-lar hazırladığını və  2021-ci ildən etibarən  Türkiyənin bu bazarda lider olduğunu qeyd edib.

 Paralel.az xəbər verir ki, hesabtda Çinin 2014-cü ildən 2020-ci ilədək PUA  bazarında lider olduğunu, lakin 2021-ci ildən etibarən Türkiyənin Çini geriyə qoyduği yer alıb. "Türkiyə 2021-ci ildən etibarən dünyanın ən böyük hərbi PUA tədarükçüsü oldu", - sənəddə qeyd edilib.
2022-ci ildə altı ölkə Türkiyədən Bayraktar TB2 alıb. Liviya, Qarabağda və Ukraynada  müharibə doktrinalarını dəyişdirən kəskin uğurlar  Türkiyənin PUA bazarındakı liderliyinə səbəb olub.

Hesabatda  o da qeyd olunub ki, Türkiyə 2018-ci ildən bu yana dünya üzrə silahlı PUA satışlarının 65 faizini reallaşdırıb.

 

0.025502920150757