Göz rəngini dəyişən Mətanət tənqidlərə cavab verdi
Aparıcı Mətanət Əliverdiyeva əməliyyatla qara gözlərini mavi rəngdə etdirib.
Paralel.az xəbər verir ki, aparıcı etdiyi dəyişikliyə görə ona tənqid yazanlara "Xəzər axşamı"nda cavab verib:
"Gözlərimin rənginə görə xarici passport və şəxsiyyət vəsiqəmi dəyişməliyəm. İnsanın şəxsiyyəti və mənliyi dəyişmir. Sadəcə göz rəngi dəyişir. Bəziləri ağızlarına gələni yazdılar. Camaat elə nöqtələrini biədəb yerə qoyur ki, heç ondan yazan yoxdur. Hər şey anadangəlmədir. Gözlərimin rəngi məni bu cür qane edir. Özümü belə gözəl və xoşbəxt hiss edirəmsə, niyə də etməyim?".