Böyük Britaniyanın Məxfi Kəşfiyyat Xidmətinin rəhbəri Azərbaycana gəlib
Böyük Britaniyanın Məxfi Kəşfiyyat Xidmətinin rəhbəri Riçard Mur Azərbaycanda səfərdədir.
“Paralel.az ” xəbər verir ki, o, Bakıda ADA Universitetində mühazirə oxuyub.
Qeyd edək ki, Riçard Mur Böyük Britaniyanın Türkiyədəki səfiri, həmçinin ölkənin Nazirlər Kabineti katibliyinin milli təhlükəsizlik üzrə müşavirinin müavini vəzifələrində çalışıb.