MSK onun şikayətini geri göndərdi

MSK onun şikayətini geri göndərdi
 

17 saylı Yasamal üçüncü seçki dairəsindən namizəd Aydın Əbilov seçki məntəqələrində qanun pozuntularının olması ilə bağlı MSK-ya müraciət edib.

Paralel.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Komissiyanın bu gün keçirilən iclasında MSK-nın katibi Arifə Muxtarova məlumat verib.

Müəyyən edilib ki, müraciət müddəti ötdüyünə görə şikayətçiyə geri göndərilib. Təklif səsə qoyularaq qəbul edilib.

 

0.0097019672393799