Siyarto: "İrəvanla Bakı arasında sülh sazişi Budapeştdə imzalana bilər"

Siyarto: 
 

Macarıstan Cənubi Qafqazda, xüsusən də Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasında mühüm rol oynaya bilər. 

Paralel.az xəbər verir ki, bunu İrəvanda çıxışı zamanı  Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto deyib.

“Dünyada baş verənlər həqiqətən də həyəcanverici və narahatedicidir. Bütün siyasi hərəkatlar dünyanın yenidən müxtəlif bloklara bölündüyünü göstərir. Macarıstan belə bir dünya nizamına qarşı çıxır və Şərqlə Qərb arasında əməkdaşlıq üçün əlverişli şəraitin yaradılmasının tərəfdarıdır", macar nazir qeyd edib.

Cənubi Qafqazla, xüsusən də  Ermənistanla Azərbaycan  münasibətlərinin normallaşmasına toxunan nazir  bildirib ki, sülh sazişi hətta Macarıstan paytaxtı Budapeştdə imzalana bilər.

0.072310924530029