Azərbaycanda cəmi 2 rayonda yeni iş yeri açılmayıb
Bu ilin ilk yarısında Azərbaycanda 45 min 409 yeni iş yeri açılıb.
Paralel.az Yeniavaz.com-a istinadən xəbər verir ki, yeni iş yerlərinin 79,4%-i və ya 36 min 58-i paytaxt Bakının payına düşüb.
Qeyd edək ki, bu ilin ilk yarısında cəmi 2 rayonda – Culfa və Ordubad rayonlarında yeni iş yeri açılmayıb. Şahbuz rayonunda isə 1 yeni iş yeri açılıb.
Onu da bildirək ki, Bakıdan sonra ən çox yeni iş yerinin açıldığı 5 şəhər və rayon aşağıdakılar olub:
Abşeron rayonu – 1 163
Sumqayıt şəhəri – 974
Gəncə şəhəri – 674
Naxçıvan şəhəri – 660
Şirvan şəhəri – 553