Harris avqustda Trampdan iki dəfə çox pul toplayıb - MƏBLƏĞ

Harris avqustda Trampdan iki dəfə çox pul toplayıb - MƏBLƏĞ
 

Demokratlardan prezidentliyə namizəd Kamala Harris avqust ayında kampaniyası üçün 361 milyon dollar toplayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.

Qeyd olunur ki, bu, Harrisin seçkilərdəki rəqibi Donald Trampın eyni dövrdə topladığı məbləğdən iki dəfə çoxdur - təxminən 130 milyon dollardır.

Harrisin komandası bildirib ki, onların büdcəsi hazırda 404 milyon dollardır və bu da Trampın büdcəsindən 109 milyon dollar çoxdur.

Hər iki prezidentliyə namizədin komandaları tərəfindən açıqlanan rəqəmlərə bu ayın sonunda Federal Seçki Komissiyasına təqdim ediləcək tam hesabatlar daxil deyil.
 

 

0.018985986709595