UEFA Millətlər Liqası: Slovakiya - Azərbaycan matçının hakimləri bəlli olub

UEFA Millətlər Liqası: Slovakiya - Azərbaycan matçının hakimləri bəlli olub
 

UEFA Millətlər Liqasının II turunda keçiriləcək Slovakiya - Azərbaycan oyununun təyinatları bəlli olub.

"Report"un məlumatına görə, qarşılaşma Polşadan olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Damian Silvestrjaka Pavel Sokolniçki və Adam Karaseviç kömək göstərəcəklər.

Dördüncü hakim funksiyasını Martsin Koçanek yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 8-də təşkil olunacaq Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

 

0.019243001937866