Onlar parlamentdə müxalifəti təmsil edəcək - SİYAHI

Onlar parlamentdə müxalifəti təmsil edəcək - SİYAHI
 

Azərbaycanda parlament seçkiləri artıq yekublaşıb. İlkin nəticələr məlumdur. Seçilənlər arasında xeyli tanış simalarla, yanaşı yeni insanlar da var. Gəlin onları tanıyaq.

Bir sıra müxalif partiyaların namizədləri də parlamentə seçilib.

Paralel.az xəbər verir ki, Modern.az parlamentə mandat qazanan partiyaların namizədlərini araşdırıb. Deputat seçilən müxalif partiyaların nümayəndələri  aşağıdakılar hesab olunacaq.

Deputat, Partiya mənsubiyyəti,
Seçki dairəsi, Topladığı səs

1. Asim Mollazadə
Demokratik İslahatlar Partiyası (DİP), 22 saylı Nəsimi-Yasamal seçki dairəsi, 8 min 180 səs (58 faiz)

2. Fazil Mustafa
Böyük Quruluş Partiyası (BQP)
26 saylı Sabunçu birinci seçki dairəsi, 8 min 651 səs (49,5 faiz)

3. Qüdrət Həsənquliyev
Ədalət, Hüquq və Demokratiya Partiyası (ƏHD) 36 saylı Xətai-Suraxanı seçki dairəsi, 9 min 55 səs (53,1 faiz)

4. Elşən Musayev
Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP), 116 saylı Qəbələ seçki dairəsi, 10 min 432 səs (52,5 faiz).

5. Elşad Musayev
Böyük Azərbaycan Partiyası (BAP), 10 saylı Binəqədi üçüncü seçki dairəsi, 11 min 576 səs (57 faiz)

6. Tənzilə Rüstəmxanlı
Vətəndaş Həmrəyliyi Partiyası (VHP), 70 saylı Neftçala seçki dairəsi, 5707 səs (45.4 faiz)

7. Fəzail İbrahimli
Vətəndaş Həmrəyliyi Partiyası (VHP), 73 saylı Masallı-Cəlilabad seçki dairəsi, 10 min 57 səs (50,6 faiz)

8. Elçin Mirzəbəyli
Ədalət, Hüquq və Demokratiya Partiyası (ƏHD), 90 saylı Ağsu seçki dairəsi, 10 min 531 səs (51,5 faiz)

9. Günay Ağamalı
Ana Vətən Partiyası (AVP)
65 saylı, Salyan - Biləsuvar - Neftçala seçki dairəsi, 10 min 282 səs (50,4 faiz)

10. Arzuxan Əlizadə
Azərbaycan Milli İstiqalal Partiyası (AMİP), 27 saylı Sabunçu ikinci seçki dairəsi, 7 min 114 səslə (43,5 faiz)

11. Rəfail Hüseynov
Vətəndaş Həmrəyliyi Partiyası (VHP), 63 saylı Hacıqabul - Kürdəmir seçki dairəsi, 10 min 985 səs (52,8 faiz)

12. Razi Nurullayev
Milli Cəbhə Partiyası (MCP)
81 saylı İmişli seçki dairəsi 
 8 min 300 səs (48,4 faiz)

13. Erkin Qədirli
Respublikasçı Alternativ (REAL) Partiyası, 16 saylı Yasamal ikinci seçki dairəsi, 6 min 498 səs (49,4 faiz)

 

0.0088989734649658