Ronaldo "YouTube"da abunəçilərin sayına görə MrBeast-i ötmək istədiyini bildirib

Ronaldo
 

"Əl-Nasr" və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo "YouTube"da abunəçilərin sayına görə amerikalı bloger Cimmi Donaldsonu (MrBeast) qabaqlamaq istədiyini etiraf edib.

BAKU.WS xəbər verir ki, o, bunu 2 il ərzində etmək istədiyini deyib. 

MrBeast? O, mənim məğlub etməli olduğum adamdır. Mən bunu iki il ərzində edə bilmək istəyirəm", - Reddit Ronaldonun sözlərini sitat gətirir.

Ronaldonun YouTube kanalının 56 milyon, bloger MrBeast-in isə platformada 313 milyon abunəçisi var.

 

0.010919809341431