Ermənistanın silahlandırılması regionumuz üçün böyük təhlükədir - Regional araşdırma
Tapdıq Abbas
Qarabağ müharibə veteranı,
Pedaqoji fəlsəfə doktoru,
"Əməkdar mədəniyyət işçisi",
"Azad Jurnalistlər Təşkilatı"
İB-in sədri, Qarabağ Komitəsi İH-nin üzvü...
Dövlətimiz gücləndikcə düşmənlərimizin boy sırası da hər gün çoxalır
ABŞ, Fransa və Rusiyadan ibarət ATƏT-in Minsk qrupu, əksər Qərb dövlətləri düz 27 il Azərbaycanın ərazisinin 20 faizini işğal etdiyi ərazilərdə daşı daş üstə qoymayan Ermənistana təzyiq göstərmək, BMT TŞ-nin özlərinin iştirakı ilə qəbul etdiyi 4 qətnaməni yerinə yetirməyi tələb etmək əvəzinə, işğalçıya heç gözün üstə qaşın var demədikləri də faktdır. Üstəlik iki dövlət arasındakı hərbi münaqişəni həll etmək, Ermənistanın işğal etdiyi torpaqları Azərbaycana qaytarmaq məqsədilə yaradılan ATƏT-in Minsk Qrupunun üzvləri hərdən bir regiona səfər edərkən hər dəfə Azərbaycana müharibədə məğlub olmuş tərəf olduğunu xatırlatmaqdan uzağa getmədilər.
Nəhayət, 2020-ci ilin sentyabrında tarixin gözlənilən ən vacib məqamı yetişdi və Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyilə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə birgünlük antiterror əməliyyatı ilə həm BMT TŞ-nın 1993-cı ildə qəbul etdiyi 4 qətnaməni icra etdi, həm də Azərbaycanın ərazi bütünlüyünü və suverenliyini tam bərpa etdi.
Azərbaycan ordusu Ermənistan ordusunu tam məğlub edəndən sonra Ermənistanın başı daxili çəkişmələrə qarışdı, amma ABŞ, Fransa və Aİ-nin Cənubi Qafqaz regionuna girmək üçün öz merkatil maraqları xatirinə məğlub Ermənistanı əldən buraxmadılar. ABŞ və Fransa, o cümlədən bunların təsiri altında olan bəzi Qərb dövlətləri Azərbaycanın üzərinə əsassız hücum etməyə, uydurma, yalan faktlar üstündə ölkəmizi günahlandırmağa cəhd etdilər. Lakin bu cəhdlər boşa çıxdı və təşkilatçılara fayda vermədi.
Hazırda ABŞ və Fransa başda olmaqla bir sıra Qərb dövlətləri Azərbaycan üzərinə siyasi hücumları davam etdirirlər, eyni zamanda Azərbaycan Ermənistanla sülh müqaviləsi bağlamaq istədiyi halda, Qərb dövlətləri və onlara qoşulan Hindistan Ermənistanı silahlandırıb müharibəyə hazırlayırlar. Ermənistan isə Azərbaycanın təklif etdiyi əsaslı, iki düşmən dövlət arasında möhkəm sülh yaranması üçün təklif etdiyi şərtləri əsassız olaraq iqnor edir, himayəçilərinin diktəsilə hazırlanmış "sülh müqaviləsi"ni ölkəmizə göndərir.
Manevrlərindən aydın hiss olunur ki, Ermənistan Azərbaycanın təklif etdiyi sülh paketini gecikdirmək istəyir, himəyəçilərinin məsləhətinə uyğun vaxt qazanmağa və Qərb dövlətlərinin tədarük etdiyi silahlara daha çox üstünlük verir, və Azərbaycanla sülh müqaviləsini imzalamağa yox, müharibəyə hazırlaşdırılır.
Amma Ermənistan rəhbərliyi Azərbaycanın qazandığı qələbənin əsas mənbəyini unudurlar və qəti fikirləşmirlər ki, istənilən ölkə ilə müharibədə Ermənistana silah satan ABŞ, Fransa, Aİ və Hidistan əsgərləri yox, Azərbaycanın vətənpərvər mübariz əsgərlərilə 4 il əvvəl məğlub olmuş və qalib gəlmək ümidini itirmiş, döyüşməkdən qaçan Ermənistan əsgəri döyüşəcək.
Ermənistan rəhbərliyinin ən böyük səhvi odir ki, regionun hegemon dövləti sayılan və region maraqları olan Rusiya ilə düşmənçiliyin dərinləşməsi onlara çox baha başa gələcək. Eyni zamanda hamı onu başa düşür ki, Qərb Ermənistanı öz tərəfinə çəkərək, Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmağa çalışır. Həm də bu yolla Rusiya-Ukrayna cəbhəsində yaranmış gərginliyi zəiflətməyə və Rusiyanın hərbi təzyiqini azaltmaqla Ukrayna cəbhəsinə düşən yükü azaltmağa çalışır. Amma Ermənistan rəhbərliyi elə zənn edir ki, Qərb dövlətləri Ermənistanı Rusiyanın əlindən almaq istəyir.
Söz yox ki, Qərb Cənubi Qafqaz regionunu ələ keçirmək uğrunda çətin mübarizəyə girişib. Bu mübarizədə Qərbə kömək edən yalnız Ermənistandır. Nəzərə alsaq ki, Cənubi Qafqazda Rusiyanın, Türkiyənin, İranın və Azərbaycanın daha böyük maraqları var, o zaman Qərbin regionu tək Ermənistan vasitəsilə ələ keçirmək istəyinin heç də asan başa gələcəyini düşünmək olmaz.
Fransa və Azərbaycana düşmənçilik edən digər dövlətlər çalışırlar ki, 2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək COP29 beynəlxalq tədbiri baykot etsinlər. Amma dünyada bu tədbirə o qədər böyük maraq var ki, düşmənlərin bu tədbiri baykot etmək istəkləri də iflas olacağı şübhə doğurmur.
Bəli, ölkəmizin bu günü və gələcəyi çoxsaylı düşmənlərin təhlükəsilə üzləşməyə məcburdur. Bu təhlükələrin qarşısını almaq üçün ölkəmizin iqtisadi gücünü və qüdrətini daha da artırmaq və milli birliyimizi möhkəmləndirməyə ciddi ehtiyac var...