Paşinyan: "Vardanyanı kim Qarabağa hansı vədlərlə göndərmişdi, bax, bu.."
“Necə oldu ki, Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina etdi? Bu addımı atmağı ona kim məsləhət görüb və ya göstəriş verib? Onu bu mənada kim göndərib, Ermənistana göndərib, kim Qarabağa hansı məqsədlə, hansı zəmanətlə, hansı təminatla, hansı vədlərlə göndərib?"
Paralel.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Bakıda həbsdə olan Ruben Vardanyan haqqında danışarkən deyib.
Paşinyan daha sonra əlavə edib:
"Və sonunda kim dedi: “Bilirsən nə var? Biz onun kim olduğunu bilmirik, çünki o, başqa ölkənin vətəndaşıdır”. Bu suallara cavab istəyirik, yoxsa yox? Bu, həqiqətən də bizim üzləşdiyimiz ciddi problemdir".
O əlavə edib ki, sülh sazişinin uğurla həyata keçirilməsi də bu məsələ üçün vacibdir. "Son nöqtə vacib deyil, vacib olan uğurlu proses, normal iş mühiti, qarşılıqlı etimadın tədricən formalaşması və s.”, - Paşinyan bildirib.