Azərbaycanda 17 yaşlı qızı evləndirmək istədilər, işə polis qarışdı
Azərbaycanda erkən nikahın qarşısı alınıb.
Paralel.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin sədri Kəmalə Ağazadə məlumat verib.
O, əvvəlcə İmişli rayonu Məzrəli kəndində 11 sentyabrda 17 yaşlı qızın toyu olacağını bildirib.
K.Ağazadə deyib ki, İmişli Rayon İcra Hakimiyyəti əməkdaşları qızı icraya aparmaq istədikdə bəyin atası qızın anasının xəstə olduğunu deyərək mane olub. Bəyin atası qızın həyati təhlükəsinin olduğunu iddia edib.
Daha sonra K.Ağzadə toyun qarşısının alındığını, qızın təhsil almasına şərait yaradılacağını söyləyib.
O, operativ reaksiya göstərdiklərinə görə Daxili İşlər Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və İmişli Rayon İcra Hakimiyyətinin əməkdaşlarına təşəkkür edib.