XİN: Beynəlxalq ictimaiyyət itkin düşmüş şəxslərin taleyini müəyyən etmək üçün qəti addımlar atmalıdır

XİN: Beynəlxalq ictimaiyyət itkin düşmüş şəxslərin taleyini müəyyən etmək üçün qəti addımlar atmalıdır
 

Azərbaycan Xarici İşlər Nazirliyi 30 avqust - Beynəlxalq İtkinlər Günündə keçmiş işğal və münaqişə zamanı itkin düşmüş vətəndaşlarımızın taleyinə işıq salmağın zəruriliyini bir daha bəyan edib.

Paralel.az xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.

Bildirilib ki, Azərbaycan əraziləri işğaldan azad edildikdən sonra çoxsaylı kütləvi məzarlıqların aşkarlanmasına baxmayaraq, Ermənistan itkin düşənlərin yerini açıqlamaqdan imtina edir.

"4000-ə yaxın ailə onilliklərdir ki, yaxınlarını gözləyir və yaxınları haqqında məlumat almaq onların təməl hüquqlarına daxildir. Beynəlxalq ictimaiyyət itkin düşmüş şəxslərin taleyini müəyyən etmək üçün qəti addımlar atmalıdır. Azərbaycan itkin düşən azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi istiqamətində səylərini davam etdirəcək",-məlumatda qeyd edilib.

 

0.019079923629761